Mən hərfləri və rəqəmləri tanıyıram

“Mən hərfləri və rəqəmləri tanıyıram” adlı birinci siniflər arasında təntənəli tədbirlər keçirildi. 27 aprel 2018-ci il tarixində IÇ sinfində (sinif müəllimi Məmmədova Aybəniz) və IB sinfində  (sinif müəllimi Qəniyeva Rəfiqə) keçirilən tədbirlər hesabat xarakteri daşıyırdı.

Həmçinin 30.04.2018-ci il tarixində isə IC, ID, IR (IC sinif müəllimi-Məmmədova Z., ID-sinif müəllimi İbrahimova U. və IR- sinif müəllimi Hacıyeva T.) tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər iştirak etdi. Tədbirdə şagirdlər birinci sinifdə öyrəndiklərinin hesabatını verməklə yanaşı, əyləncəli səhnəciklər göstərdilər və səhnəciklərdə  nağıl qəhrəmanlarının obrazlarını canlandırdılar.

Tədbirin sonunda sinif müəllimləri, valideynlər çıxış edərək ürək sözlərini, arzularını şagirdlərə çatdırdılar.

Məktəb rəhbərləri də şagirdləri bayram münasibətilə təbrik etdilər.

Sonda şagirdlərə 1 il müddətində öyrəndiklərinə, intizamlarına görə diplomlar təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi