Son zəng

14 iyun 2023-cü il tarixində respublikanın bütün məktəblərində olduğu kimi 201 nömrəli tam orta məktəbdə də “Son zəng” tədbiri keçirildi.

Tədbir məktəbin əsas girişində (həyətyanı sahədə) təşkil olunmuşdu.Tədbir Koroğlu uverturasının  sədaları altında məzunların öz yerlərini tutması ilə başladı. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.

Aparıcılar ilk təbriki 201 nömrəli tam orta məktəbin direktoru Afaq Əliyevaya verdilər. Məktəbin direktoru məzunları təbrik edərək tədbirə dəvət olunmuş qonaqları  da təqdim etdi. Qonaqlardan Sübut Allahverdiyev (Nizami rayon Azad Həmkarlar İttifaqının sədri) çıxış edərək məzunları etdi.

Tədbir məzunların və aparıcıların bir-birindən gözəl çıxışları yekunlaşdı. Hər kəs həm kədərləndi, həm də sevindi. Birincilər və on birincilər sonuncu zəngi çalaraq bütün məzunların gələcək həyatında uğurlu addım atmalarına təkan olmaları diləyi ilə tədbiri sonlandırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi