Biliyini paylaş - "Təhsil qızların gələcəyidir!"

Bakı Şəhər Təhsil İdarəsinin 18.11.2022-ci il tarixli F-386 nömrəli əmrinə əsasən "Biliyini paylaş" layihəsinin 6-ci, sonuncu mərhələsini 28.12.2022-ci il tarixində 201 nömrəli məktəbin komanda üzvü Elmira Nəcəfova həyata keçirdi. Layihə əsaslı dərsin mövzusu "Təhsil qızların gələcəyidir!" olmuşdur.

10-cu sinif şagirdlərinin qeyd etdiyi fikirlər, şagird və müəllim arasında düzgün qurulan ünsiyyət müzakirələri daha da maraqlı etdi.

Layihə üzvləri və digər fənn müəllimlərinin iştirakı ilə keçirilən dərs zamanı şagirdlər, xüsusilə qız uşaqlarının təhsil almasının vacibliyini vurğulamış, "Bu günün təhsil almış qızı, sabahın təhsilli anasıdır!" demişlər.

Müəllimin debat xarakterli layihə əsaslı dərsini keçirməkdə əsas məqsədi, şagirdlərin sərbəst və ardıcıl düşünmə bacarığını inkişaf etdirmək, təhsilin dünəni ilə bu günü arasında müqaisə aparmaqla araşdırma qabiliyyətini formalaşdırmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi