Biliyini paylaş - "Təhsilimiz gələcəyimizdir!"

Bakı şəhər üzrə Təhsil İdarəsinin təşkil etdiyi "Biliyini paylaş" layihəsi əsasında nümunəvi dərslərimiz davam edir. 26.12.2022-ci il tarixində Nizami rayonu 201 nömrəli tam orta məktəbin komanda üzvü, tarix müəllimi Nahidə Əliyevanın həyata keçirdiyi layihə əsaslı nümunəvi dərsin mövzusu "Təhsilimiz gələcəyimizdir!"

Təqdimatda layihənin mentoru Günel Qocayeva, komanda üzvləri Azərbaycan dili müəllimi Elmira Nəcəfova, İngilis dili müəllimi Sevinc Əhmədoğlu və digər fənn müəllimləri iştirak etmişdir.

Dərsin məqsədi, şagirdlərdə tədqiqatçılıq və araşdırma bacarığının inkişafı ilə təhsilin inkişafı üçün H.Z.Tağıyevin əvəzsiz fəaliyyətini işıqlandırmaqdan ibarətdir. Şagirdlərin dolğun və maraqlı fikirləri, sistemli və ardıcıl düşünmə qabiliyyətləri müəllimlərin böyük marağına səbəb olmuşdur. H.Z.Tağıyev və molla rollarını canlandıran şagirdlərin dialoqu xüsusilə yaddaqalan oldu.

Bu dərsdə də gözəl nitq bacarığı, araşdırma və təqdim etmə bacarığı, rolları dəqiq və düzdün ifadə etmə bacarıqları və sistemli düşünmənin inkişafına yer verilmiş və bu istiqamətdə xüsusi istedadlı şagirdlərin aşkara çıxarılmasına nail olunmuşdur.

Mühüm nəticələrdən biri də o, oldu ki, şagirdlər qeyd etdilər, "Əsl vətəndaş odur ki, təhsillə vətənpərvərlik hissini bir arada tura bilsin". Bir sözlə, "Bu günün şagirdi, sabahın qurucusudur!" dedilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi