Zəfər Günü

04/11/2022-ci il tarixində məktəbdə “Zəfər Günü” və “Bayraq Günü” münasibəti ilə tədbir keçirilmişdir.

Tədbir əvvəlcə siniflərdə hazırlanmış “Bizə örnək olanlar” guşələrinin açılışı, sonra isə məktəbdə təşkil olunmuş Nizami rayon məktəbləri arasında keçirilən rəsm müsabiqəsinin açılışı və daha sonra isə qonaqların iştirakı ilə məktəbin akt zalında davam etdi.

Məktəbin təşkilatçı müavini E. F. Ramazanova, UBT rəhbəri A. Ş. Qasımzadə, “Uşaq xoru” dərnəyinin rəhbəri S. Q. Verdiyeva və “Ədəbiyyat sevənlər” dərnəyinin rəhbəri A. M. Xəlilova hazırladığı “Vətən bölünməzdir” adlı tədbiri təqdim etdilər. Tədbirdə məktəbin direktoru Afaq Əliyeva, Nizami rayon İcra Hakimiyyətinin nümayəndəsi Əli Axundov, Gənclər və İdman İdarəsinin rəis əvəzi Vasif bəy, Mənzər xanım Rzayeva dəvət olunmuş məzun və valideyn, qazilərimiz: Həkimli Ramal Molla oğlu, Abdullayev Əli Azər oğlu, Qəhrəmanlı Hatəm Zöhrab oğlu, Məmmədov Fərid Baladadaş oğlu, polkovnik Umarov Elşən Fərzi oğlu və digər qazilər iştirak etmişlər.

Guşələri yenilənmiş şəhid Balayev Taleh Əliiskəndər oğlunun ailəsi və yeni yaradılan şəhid guşəsinin açılışında Elnur Vəliyevin ailəsi də iştirak etmişdir.

Tədbirdə məktəbin direktoru A. Əliyeva geniş çıxış edərək şəhid ailələrinə, qazilərə xüsusi minnətdarlığını bildirdi.

Şagirdlərin hazırladığı kompozisiya da məktəbin fiziki tərbiyə müəllimi, II Qarabağ müharibəsinin iştirakçısı Elnur müəllim Canıyev də iştirak edərək gələn qonaqları və şagirdləri təəccübləndirdi.

Tədbirin sonunda şəhid ailələri, qazilər Təşəkkürnamə ilə təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi