Şuşalı Novruz

15.03.2022-ci il tarixində 201nömrəli məktəbin akt zalında “Şuşalı Novruz” mövzusunda tədbir keçirilmişdi. Tədbirdə qonaq olaraq Bakı Şəhər üzrə Təhsil İdarəsinin  Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, Bakı Şəhər Üzrə Təhsil İdarəsinin Ümumi Təhsil sektorunun müdiri Fuad Babayev, Nizami Rayon İcra Hakimiyyətini İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov,  BŞTİ-nin Təlimə Dəstək Mərkəzinin əməkdaşları dəvət olunmuşlar məktəb direktoru Afaq Əliyeva və məktəbin direktor müavinləri, vətən müharibəsinin qaziləri və şagirdlər iştirak etmişlər.

Əvvəlcə məktəbin foyesində  şagirdlərinin hazırladıqları maraqlı təqdimatları izləmiş, məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçirmişdilər.

 Daha sonra tədbirdə qonaqları salamlayan məktəbin direktoru Afaq Əliyeva  milli dəyərlərini özündə əks etdirən Novruz bayramı ərəfəsində keçirilən “Şuşalı Novruz” tədbirini  bu gün yenidən qurulan, əsil tarixi simasını bərpa edən mədəniyyət paytaxtımıza məktəblilərin bayram hədiyyəsi, həmçinin dövlət başçımız İlham Əliyevin sərəncamı ilə elan edilən “Şuşa İli”nin Azərbaycan təhsili qarşısında qoyduğu vacib öhdəliklərin icrası kimi dəyərləndirmişdir. Bildirib ki, məktəblilərin əfsanədən Zəfər simvoluna çevrilmiş Xarı bülbülə, bu il əsasının qoyulmasının 270 ili tamam olan Şuşaya həsr etdikləri tədbir gələcək nəsillərin milli-mənəvi dəyərlərimizə, tarixi irsimizə bağlılığının göstəricisidir.

Digər çıxış edənlər – İdarənin  və İcra hakimiyyətinin müvafiq struktur bölmə rəhbərləri ,Təlimə Dəstək Məkəzinin əməkdaşları məktəblilərin birgə əməyinin nəticəsi olaraq ərsəyə gələn tədbiri milli-mədəni dəyərlərin təbliği, şagirdlərin yaradıcılıq potensialının nümayişi baxımından yüksək qiymətləndirmişlər.

Tədbirdə məktəblilərin ifasında milli musiqilərimiz, muğamlarımız səsləndirilib, ədəbi-bədii kompozisiyalar təqdim olunmuşdu.

 Tədbir məktəb şagirdlərinin təşkil etdiyi  musiqi sədaları altında yekunlaşmışdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi