Xocalı faciəsinin 30-cu ildönümü

           25 fevral 2022-ci il tarixində məktəbin akt zalında Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. 

          Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Xocalı faciəsinə həsr olunmuş mahnılar səsləndirilmiş, şeirlər söylənilmiş, faciəyə həsr olunmuş səhnəciklər göstərilmişdir. Tədbirdə Xocalı soyqırımını əks etdirən video lentlər də nümayiş etdirilmişdir.

          Tədbirdə məktəb rəhbərliyi, müəllimlərlə yanaşı. Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov, Rayon İcra Hakimiyyəti başçısının  Keşlə  qəsəbə  inzibati  ərazi   dairəsi  üzrə   nümayəndəsi əvəzi Anar  Ağayev, Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları  Mənzər  Rzayeva və Tural İsmayılov, Keşlə Bələdiyyəsinin sədri Ələmdar Bafadarov iştirak etmişlər. Tədbirdə Xocalı soyqırımı haqqında şagirdlərə ətraflı məlumat verilmiş, Xocalı  faciəsinin dünya dövlətləri tərəfindən bir soyqırım kimi qəbul olunmasının vacibliyini  vurğulanmışdır.  

           Bundan əlavə Xocalı soyqırımına həsr olunmuş dərslər və şagirdlərin əl işlərindən ibarət “Xocalı Əsrin Faciəsi”  adlı  rəsm  sərgisi də  təşkil  olunmuşdur. Eləcə də VI siniflər arasında “Xocalını Unutmadıq” adlı şer müsabiqəsi və esse yazılarının müzakirəsi də həyata keçirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi