Heydər Əliyev və Azərbaycan

10  dekabr 2021-ci il tarixində Ulu öndər Heydər Əliyevin anım günü münasibəti ilə  “Heydər Əliyev və Azərbaycan” mövzusunda tədbir keçirildi.                                                

Tədbirdə  məktəb rəhbərliyi , müəllimlər , valideynlər , şagirdlər və Gənclərin Respublika Bədii  Yaradıcılıq Evinin əməkdaşları qonaq qismində iştirak etdilər. Tədbiri məktəbin Tərbiyə işləri üzrə direktor müavini E.F.Ramazanova açaraq sözü şagirdlərə verdi.  Şagirdlərin hazırladığı kompozisiya təqdim olundu.  Çıxışlar hər bir nominasiya üzrə təqdim olundu. Musiqi alətləri fortepianada , kamançada, ifalar oldu. Milli rəqsimiz olan  “Naz eləmə” rəqsini 5 r sinif şagirdi Nadir və 4 r sinif şagirdi  Zöhrə təqdim etdilər. Məktəbin “Uşaq xoru “ (DR Verdiyeva S.Q)  və “Ədəbiyyat sevənlər”  (DR Xəlilova A.M)  dərnəyinin üzvlərinin çıxışları xüsusilə fərqləndi.

Sonda çıxış üçün söz məktəbin direktor müavini Vəliyev N.N çıxış edərək tədbirdə iştirak edən bütün şagirdləri  Heydər Əliyev irsini layiqincə davam etdirmələrini tövsiyə etdi. Tədbirdə zəhməti olan hər bir kəsə təşəkkürünü  bildirən Nəriman müəllim çıxış üçün sözü qonaqlara verdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi