“Narkomaniyaya yox deyək!”,” Erkən nikah!”

      201 №-li tam orta məktəbdə şagirdləri zərərli vərdişlərdən yayındırmaq və qeyd olunan istiqamətdə onları məlumatlandırmaq məqsədilə 08.12.2021-ci il tarixində əməkdaşlarınız tərəfindən hazırlanmış “Narkomaniyaya yox deyək! ” “Erkən nikah” mövzusu əsasında maarifləndirici tədbir keçirilmişdir.Görüşün yekununda tədbirdə iştirak edən müəllim və şagirdlərlə məktəbdaxili nizam-intizam, müəllim-şagird münasibətləri, ictimai davranış qaydaları və yetkinlik yaşına çatmayanların inzibati və cinayət qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyəti, eyni zamanda yetkinlik yaşına çatmayanların  hüquq  və  vəzifələri , erkən nikah hallarına zəmin yaradan əsas səbəblər aspektində diskussiya  xarakterli  məqsədyönlü, qabaqlayıcı profilaktiki söhbətlər aparılmışdır.

              Tədbirdə  Nizami RPİ-nin rəisi polis polkovniki Ziya Əliyev, Nizami RPİ-nin rəisinin şəxsi heyyət üzrə köməkçisi polis polkovnik-leytenantı Zaur İsayev , Nizami RPİ-nin PİTB-nin rəisi polis mayoru Natiq Yusifov, Nizami RPİ-nin 23-cü PB-nin rəisi, polis polkovnik –leytenantı Emin Çələbiyev,Nizami RPİ-nin 23-cü PB-nin YYÇ işləri üzrə inspektoru polis kapitanı Könül Quliyeva , Nizami Rayon İcra hakimiyyəti və Keşlə qəsəbə nümayəndələri, Nizami rayon veteranlar şurasının sədr müavini iştirak etmişdilər.

                 201 №-li tam orta məktəbin direktor  əvəzi N.N.Vəliyev , Tərbiyə işləri üzrə dir/müavini E.F.Ramazanova həmin məktəbin psixoloqu D.R.Balaoğlanova , 10  nəfər müəllim və 9-10-11-ci siniflərdən  132  nəfər şagird  iştirak etmişdirlər. Məktəbin direktoru tədbiri açaraq çıxış üçün sözü  

 Nizami RPİ-nin rəisi polis polkovniki Ziya Əliyevə , Nizami RPİ-nin 23-cü PB-nin rəisi, polis polkovnik –leytenantı Emin Çələbiyevə, Nizami RPİ-nin 23-cü PB-nin YYÇ işləri üzrə inspektoru polis kapitanı Könül Quliyevaya , Nizami Rayon İcra hakimiyyəti nümayəndəsinə, məktəbin psixoloqu D.R.Balaoğlanovaya verildi.

             Məruzə zamanı şagirdlər videoroliklə vizual məlumatlandırıldı. Daha sonra qonaqların hər biri  şagirdlərə narkomaniya , erkən nikah və onun törətdiyi fəsadlar haqqında məlumat verdi. Tədirin təşkili və keçirilməsində şəxsən Sizə , əməkdaşlarınıza , məktəbin pedaqoji kollektivi və öz adımdan təşəkkür edərək minnətdarlığımızı bildiririk.

             Məktəbin tərbiyə  işləri üzrə  direktor müavini  E.F.Ramazanova  tədbirin təşkili və keçirilməsində şəxsən Sizə , əməkdaşlarınıza , məktəbin pedaqoji kollektivi və öz adımdan təşəkkür edərək minnətdarlığımı bildirirəm.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi