"Zəfər günü" dəyirmi masa

04.11.2021-ci il tarixində məktəbdə “Zəfər gününə“ həsr olunmuş dəyirmi masa keçirilmişdir. Dəyirmi masanı məktəbin tarix metodbirləşdirməsinin sədri N.M.Əliyeva və coğrafiya metodbirləşdirməsinin sədri M.B.Sadıqov hazırlamışdı. Dəyirmi masa VIII siniflər arasında təşkil olunmuşdu. VIII siniflərdəki şagirdlər esse, divar qəzeti, şeir məlumatları və s.hazırlayaraq müzakirəyə təqdim etdilər.

Dəyirmi masada məktəbin direktor əvəzi N.N.Vəliyev, tərbiyə işləri üzrə direktor müavini E.F.Ramazanova və şagirdlər iştirak etdilər. Dəyirmi masanı açıq elan edən Nahidə müəllim tarixi faktorlarla Zəfər günü haqqında iştirakçılara geniş məlumat verdi. Sonra Məhərrəm müəllimin hazırladığı video material nümayiş olundu. Şagirdlərin çıxışından sonra Nəriman müəllim çıxış edərək şagirdləri Zəfər günü münasibəti ilə təbrik etdi.

Sonda məktəbin tərbiyə işləri üzrə direktor müavini E.F.Ramazanova dəyirmi masanın ərsəyə gəlməsində əziyyəti olan müəllim və şagirdlərə təşəkkürünü bildirdi. Qeyd etdi ki,siz şagirdlər də öz əməllərinizlə dünyaya qalib Azərbaycanı tanıtmalısınız.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi