Zəfər yolu

Məktəbdə 8 noyabr “Zəfər günü ”ilə əlaqədar tədbirlər planı tərtib edilmiş,planda nəzərdə tutulanlar həyata keçirilmişdir.

Belə ki,məktəbin palitra art studiya üzvlərinin əl işlərindən ibarət sərgi təşkil olunmuşdur. Fizika müəllimi İ.Hüseynova və tarix müəllimi A.Kərbalayevanın qrand layihəsi çərçivəsində şagirdlərin ekspo mərkəzdə keçirilən sərgidə iştirakı təşkil olunmuşdur.

Bundan əlavə X sinif şagirdləri arasında “Zəfər yolu”adlı inşa yazı müsabiqəsinin məktəb turu keçirilmişdir. Məktəb turunda iştirak edən 18 şagirddən Xç sinif şagirdi Sadıqova Ayişə Elmir qızı I yerə layiq görülmüşdür. Sadıqova Ayişə müsabiqənin rayon turunda və digər instansiyalarında da iştirak etmiş Nizami rayon məktəbləri arasında I yerə layiq görülərək,tərifnamə ilə təltif olunmuşdur.

Planda nəzərdə tutulanlardan biri də,”Zəfər yarmarkasına”ekskursiya etmək idi. Məktəbin VIa sinif şagirdləri,sinif rəhbəri A.Xəlilova,məktəbin psixoloqu D.Baloğlanova və məktəbin Tərbiyə işləri üzrə direktor müavini də həmin yarmarkada iştirak etmişdir.(04.11.2021)Məktəbin bir çox sinifləri “Zəfər yarmarkasına”,”Hərbi Qənimətlər “parkına ekskursiyalar təşkil etmişlər.Vr sinfinin şagirdləri,valideynləri(bir qismi)və tarix müəllimi Məmmədova T.N. “Hərbi Qənimətlər”parkına və “Zəfər”yarmarkasına ekskursiya etmişlər.

Zəfər gününü bizə yaşadan, canlarını bizim üçün fəda edən şəhidlərimizin də məzarları ziyarət olundu. Keşlə Şəhidlər Xiyabanına və Fəxri Xiyabana da ziyarətlər təşkil olundu. (4D sinfi, sinif müəllimi Nailə Məsiyeva, 3C sinfi, sinif müəllimi Səltənət Bağıyeva və digərləri)

Görülən işlərin sonu kimi məktəb üzrə “Zəfər Günümuz” adlı təntənəli tədbir keçirilmişdir. Tədbirdə məktəb rəhbərliyi N.N.Vəliyev, R.X.Məmmədova, müəllimlər,valideynlər və dəvət olunmuş məktəbin məzun şagirdləri qazilər iştirak etdi.

Tədbiri məktəbin Tərbiyə işləri üzrə direktor müavini F.Ramazanova açaraq, çıxış üçün sözü şagirdlərə verdi. Məktəbin Gənc ədəbiyyatçılar (dərnək rəhbəri A.Xəlilova), Uşaq Xoru (S.Verdiyeva) dərnəyi üzvlərinin hazırladığı kompozisiya təqdim olundu.

Şagirdlərin çıxışından sonra söz məktəbin direktor əvəzi N.N.Vəliyevə verildi. Nəriman müəllim çıxış edərək şagirdlərə məzun qazilərimizin Əli Abdullayevin, Hatəm Qəhrəmanlının, Fərid Məmmədovun, Fərid Həsənovun, Ramal Həkimovun və digər şagirdlərimizin layiqli davamçıları olmağı arzuladı.

Sonda söz qonaqlara verildi. Sonra  Elnurə müəllimə çıxış edərək bildirdi ki, “lap birinci sinifdən məktəbin bütün tədbirlərinin fəal iştirakçısı Hatəm Qəhrəmanlı, öz ifaları ilə bütün tədbirləri bəzəyən Fərid Məmmədov, Fərid Həsənov, öz dəcəlliyi ilə seçilən Ramal Həkimov sözlərini hərb meydanında, cəbhədə deyiblər, onlar sözdə yox,əməldə göstəriblər vətənə olan məhəbbətlərini. Onlara uzun ömür, sağlam həyat arzulayan E.F.Ramazanova: “Qazi məzunlarımızla hər zaman qürur duyuruq və onlarla həmişə fəxr edəcəyik,”-dedi.

Tədbir şagirdlərin ifası ilə başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi