20 Yanvar xalqımızın qan yaddaşı

Məktəbdə ümumxalq hüzn günü münasibəti ilə bir çox işlər görülmüşdür. Təşkilat saatlarında səhbətlər aparılmış, divar qəzetləri buraxılmış, VII-IX siniflər arasında esse yazılar yazılmış, rəsm işlərinin sərgisi də keçirilmişdir. Bununla yanaşı  Şəhidlər  xiyabanına ekskursiya da edilmişdir. Məktəbin 50%-dən çox şagirdləri, müəllimləri, valideynləri 10-17-si  yanvar tarixlərində hissə-hissə ekskursiyalar etmişlər.

Görülən işlərlə yanaşı 17 yanvar 2020-ci il tarixində həm ayrı-ayrı siniflərdə, həm də məktəbin akt zalında “20 Yanvar xalqımızın qan yaddaşı” adlı tədbir də keçirilmişdir. Tədbirdə iştirakçı qismində 13 nəfər şagird, tamaşaçı qismində isə 50 nəfər şagird, məktəbin direktor əvəzi N.N. Vəliyev, Tərbiyə işləri üzrə E.F. Ramazanova, kitabxana müdiri N.T. Nəcəfova, həkim

K. Zeynalova, dil-ədəbiyyat metodbirləşməsinin sədri E. M. Nəcəfova, məktəbin dil-ədəbiyyat müəllimi A.M. Xəlilova, valideynlər iştirak etdilər.

Tədbir məktəbin əməkdar müəllimi A.M. Xəlilovanın yazdığı ssenari əsasında dil-ədəbiyyat metodbirləşməsinin sədri E.H. Nəcəfovanın dəstəyi ilə hazırlanmışdı. Tədbirdə həmin günün hadisələrini əks etdirən video material da nümayiş olundu. Aparıcılar geniş məlumat verdilər. Məktəbin  Gənc ədəbiyyatçılar və uşaq xoru dərnək üzvlərinin hazırladıqları digər çıxışlar tamaşaçıları çox təsirləndirdi. Şagirdlərdən N. İmaməlizadə, İ. Sadıqova, S. Eyyubzadə və R. Nəcəfovun çıxışları xüsusi ilə fərqləndi. Tədbirdə öz çıxışları ilə fərqlənənlərdən 10”C” sinif şagirdləri S. Təhməzzadə və L. Salmanova da oldu.

Sonda çıxış üçün söz məktəbin direktor əvəzi N.N. Vəliyevə verildi. Nəriman müəllim hər bir şagirdə, müəllimə, valideynə qanlı tariximizi unutmamağı tövsiyə etdi.

Tədbirdə dil-ədəbiyyat müəllimi A. Xəlilova da geniş çıxış etdi və bildirdi ki, keçmişi olmayan xalqın gələcəyi də olmaz. Azadlıq uğrunda canlarından keçən şəhidlərimizin ruhlarını bir dəqiqəlik sükutla yad etməyi tədbir iştirakçılarından xahiş etdi.

Məktəbin Tərbiyə işləri üzrə direktor müavini E.F. Ramazanova tədbir iştirakçılarına, tədbirdə əməyi keçən hər bir kəsə, xüsusən:  Afət müəllimə, Elmira müəllimə və Samirə müəlliməyə öz təşəkkürünü bildirərək bu qanlı tariximizi unutmamağa çagırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi