Nəsimi-650

30 dekabr 2019-cu il tarixində V-X sinif şagirdlərinin iştirakı ilə Nəsimi ilinin yekununa həsr olunmuş “Nəsimi-650” adlı tədbir keçirildi. Tədbiri məktəbin dil-ədəbiyyat müəllimi A.M. Xəlilova və riyaziyyat müəllimləri M.M. Bağırova, T.Ə. Rzayeva, R.İ. İsgəndərova və E.F Ramazanova birlikdə hazırlamışdılar. Tədbirin tərtibatı isə məktəbin nəzdində fəaliyyət göstərən Palitra art studiyasının üzvlərinin rəsmləri ilə edilmişdir. Tədbirdə məktəbin direktor əvəzi N.N. Vəliyev, direktor müavini S.N. Hüseynova, ibtidai siniflər üzrə direktor müavini R.X. Məmmədova. Fənn müəllimləri, valideynlər və tamaşaçı qismində 51 nəfər şagird iştirak etdi.

Tədbiri açıq elan edən E.F. Ramazanova sözü aparıcılara verdi (N. İmaməlizadə 10”B”, X.Məmmədli 8”C”). Sonra ssenariyə uyğun olaraq “Nəsimi” kinofilmindən kadrlar nümayiş olundu.

Şagirdlər hazırladıqları təqdimatları siniflər üzrə təqdim etdilər. Tədbirdə 6”E” sinfi (fənn müəllimi E.F. Ramazanova) və 6”D” sinifi (fənn müəllimi M.M. Bağırova)  xüsusilə fərqləndilər. 6”C” sinfinin (fənn müəllimi A.M. Xəlilova ) çıxışı isə daha xoş təsir bağışladı.

Tədbir şagirdlərin hazırladıqları rəngarəng çıxışlarla sona çatdı. Tədbirdə çıxış edən Tərbiyə işləri üzrə direktor müaviniE.F. Ramazanova tədbirin ərsəyə gəlməsində, yəni ssenarisinin yazılmasında, hazılanmasında xüsusi əməyi olan A.M. Xəlilovaya və digər müəllimlərə xüsusi təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi