Çingiz Abdullayev məktəbimizin qonağı oldu

Azərbaycan Yazıçılar Birliyinin I katibi, xalq yazıçısı, detektiv əsərlər müəllifi, məşhur yazar Çingiz Abdullayev 198 nömrəli tam orta məktəbin qonağı oldu. Şagirdlər və müəllimlər üçün bu görüş böyük maraq və xoş təəssüratlarla yadda qaldı. Məşhur yazarın əsərləri ilə yanaşı, onu daha yaxından tanımaq və onunla həmsöhbət olmaq şagirdlər üçün həyəcanlı və maraqlı idi. Məktəbimiz adından əziz yazıçımız Çingiz Abdullayevə öz minnətdarlığımızı bildiririk. Sizinlə görüşmək, sizi tanımaq böyük şansdır! Təşəkkür edirik!