Şəhidlər xiyabanı ziyarət edildi

    2 aprel 2024-cü il tarixində Aprel döyüşləri ilə əlaqədar məktəbin riyaziyyat müəllimi Bahar Paşayevanın təşkilatçılığı ilə məktəbin Xc sinfi  II Fəxri Xiyabana ziyarət etdilər. Ziyarət zamanı təsadüfən Kürdəmir şəhidi İsmayılov Əbubəkirin anası Rəna xanımla qarşılaşıb həmsöhbət oldular. Şəhid anası Əbubəkir  haqqında geniş məlumat verdi və şəhidimizə həsr olunmuş kitabı məktəbimizə hədiyyə etdi. Sonra şagirdlər şəhidlərin məzarını ziyarət etdilər, məzarları önünə qərənfil  dəstələri düzdülər. Azərbaycan övladı olaraq şəhidlərimizi yad etmək hər birimizin borcudur. Ziyarətin məqsədi  şagirdlərdə vətənpərvərlik tərbiyyəsini gücləndirmək və bu tarixi hadisələrə düzgün rəy vermək bacarıqları formalaşdırmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi