Məktəbdə təhlükəsizliyin təmin olunması

    28 mart 2024-cü il tarixində məktəbin təsərrüfat işləri üzrə direktor müavini Samirə Əmiraslanovanın təşkilatçılığı ilə texniki işçilər arasında fövqəlada hallar zamanı yaranan təhlükəsizliyin aradan qaldırılması barədə maarifləndirici tədbir keçirildi. Tədbir zamanı məktəbimiz üçün xarakterik olan fövqəlada hallar, o cümlədən yanğınları baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verildi. Yanğın zamanı “112” qaynar telefon xəttinin təyinatı izah olundu və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirildi. Tədbirin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəlada hadisələrlə bağlı zəruri davranış qaydaları barədə işçilərə lazım olan məlumatın verilməsi oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi