Narkomaniyaya yox deyək

    01 mart 2024-cü il tarixində məktəbin psixoloqu Ramiyə Məmmədli və məktəbin ibtidai sinif müəllimi Aynur Qarayeva  tərəfindən məktəbin VIII və IX siniflərin oğlan şagirdləri ilə ''Narkomaniyaya yox deyək'' mövzusunda tədbir keçirildi. Tədbirdə  dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıldı. Qeyd olundu ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs uğurlu gələcəyindən imtina etməklə, cəmiyyətdə həmişə geridə qalır və aludəçiliyin, zərərli təsirlərin fəsadlarından qurtula bilmir. Şagirdlərə narkotik vasitələrin zərərli təsirindən bəhs edən videoçarx nümayiş olundu. Sonda şagirdlər dinlənildi və onları maraqlandıran suallar cavablandırıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi