İlk dərslər  "Xocalı faciəsi"nə həsr olunub

       Məktəbin "Xocalı soyqırımının 32-ci ildönümü" ilə bağlı Fəaliyyət Planının 21 fevral  2024-cü il tarixli 3-29-59/3-2-95 F/2023 nömrəli əmrə müvafiq olaraq 26 fevral 2024-ci il tarixində BŞTİ-nin müvafiq əmrinə və "Xocalı Faciəsinin 32-ci ildönümü"nə həsr olunmuş Tədbirlər Planına əsasən məktəbin sinif rəhbərlərinin təqdimatında  sinif təşkilat saatları keçirilib. Dərslərin məqsədi ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban verən vətən övladlarının xatirəsini yad etmək, şagirdlərə Xocalı soyqırımı haqqında  məlumat vermək, düşmənə qarşı nifrət hissi aşılamaq və onlarda vətənə sevgi, məhəbbət hisslərini formalaşdırmaq və onlara Xocalı həqiqətlərini çatdırmaqdır. Bütün dərslər Dövlət Himninin oxunması və Xocalı soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Bundan sonra müəllimlər Xocalı faciəsi haqqında daha geniş məlumat verdilər. Onlar Xocalı şəhərinin tarixindən, faciə nəticəsində öldürülən, ağır yaralanan, itgin düşən və girovluqda olan soydaşlarımız barədə və eyni zamanda düşmənin həmin gecə qarşısına çıxan heç kimə rəhm etməyərək amansızlıq və qəddarlıqla qətlə yetirilməsindən danışdılar. Sonda şagirdlər Xocalı faciəsinə həsr olunmuş şeirlər və bayatılar səsləndirərək düşmənin insanlığa sığmayan davranışlarını heç vaxt unutmayacaqlarını bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi