Pedaqoji şura iclası keçirilib

    26 yanvar 2024-cü il tarixində I yarımilin yekunlarına dair pedaqoji şura iclası keçirildi. İclasda I yarımilin yekunları, metodbirləşmə rəhbərlərinin hesabatı və qarşıda duran məsələlər, buraxılış siniflərində monitorinq imtahanlarının keyfiyyət göstəriciləri, olimpiadanın rayon turunun nəticələri və cari məsələlər müzakirə edildi. Pedaqoji şura məktəbin direktoru Laçın Hüseynlinin hesabatı ilə başladı. İclasda həmçinin məktəbin fəaliyyət planının icra vəziyyəti də müzakirə edildi. Müzakirə zamanı çıxış edən müəllimlər müxtəlif istiqamətlərdə təkliflər verdilər. İclasda şagird təhlükəsizliyi  məsələlərinə xüsusi yer verildi. Fənn müəllimlərini maraqlandıran suallar cavablandırıldı və II yarımildə qarşıda duran məsələlər müzakirə olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi