“Novruzum” adlı tədbir

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli XİM və məktəbimizin birgə təşkil etdiyi “Novruzum” adlı tədbir keçirilib.Bildiyimiz kimi Novruz insanlar arasında birlik və mehribanlıq,ruzi-bərəkət bayramıdır. Şagirdlər Novruza həsr olunmuş şeirlər ifa edib, mahnılar səsləndiriblər.Novruz şənliklərinin əsas personajları olan Bahar qızı, Keçəl və Kosa tədbirə xüsusi rəng qatıb.Tədbirdə milli paltarda valideynlər də iştirak ediblər,Novruz adət-ənənələrini nümayiş etdiriblər. Artıq tədbirlərimizdə dəyərli valideynləri də iştirakçı qismində görmək həm məktəb -valideyn münasibətlərinin möhkəmlənməsinə, həm də şagirdlərin daha da həvəslə tədris prosesinə yanaşmasına səbəb olur.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi