Atletika üzrə yarış

“5 Mart – Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş Atletika üzrə yarışları başa çatmışdır. Yarışlarda Bakı, Abşeron və Sumqayıt  xüsusi, yardımçı məktəb və internatların o cümlədən ictimai birliklərin 80-ə yaxın atletləri iştirak etmişdir. Məktəbin şagirdləri Xəzər rayonu sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 saylı xüsusi internat məktəbinin şagirdləri ilə  vahid komanda altında Xüsusi Olimpiya Komitəsi tərəfindən təşkil olunan atletika yarışlarında iştirak etmişdir.Yarışlarda qızlar arasında 12 saylı xüsusi internat məktəbin şagirdi Salahlı Zəhra,  oğlanlar arasında şagirdimiz  Vəliyev İbrahim 1-ci yerə çıxmışdır. Yarışda iştirak edən digər şagirdlər isə 2-ci və 3-cü yerə çıxmışlar. Hər iki məktəbin şagirdlərinə uğurlar arzu edirik, kollektiv olaraq fiziki tərbiyə müəllimi Əzim Cəfərova minnətdarlığımızı bildiririk.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi