"İdmancıların yarışa hazırlığının psixoloji yanaşması"

01.03.2024-cü il tarixində məktəbin psixoloqları tərəfindən şagirdlər ilə "İdmancıların yarışa hazırlığının psixoloji yanaşması" mövzusunda maarifləndirici söhbət aparıldı.Söhbətin aparılmasında məqsəd şagirdlərə idman dərslərində, yarışlarda yoldaşlıq, dostluq etməyi öyrətmək, özgüvən aşılamaqdır. Məktəbin psixoloqları yarışlar zamanı əhvalın harmoniyası və tarazlıq haqqında məlumatlar verdilər.İdmanda düşüncə və emosional halın əsas olduğunu izah edərək, qələbə psixologiyasının əsasları izah edilmişdir. Yarışlara psixoloji hazırlıq üçün şagirdlərə atmalı olduqları addımlar barədə söhbət edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi