I yarımilin yekunlarına dair Pedaqoji Şura iclası keçirilib.

31.01.2024- cü il tarixində 2023-2024 - cü tədris ilinin   I yarımilin yekunlarına dair Pedaqoji Şura iclası keçirildi.İclasın keçirilməsində əsas məqsəd I yarımilə dair fəaliyyəti bir daha nəzərdən keçirmək, qarşıda duran vəzifələr haqqında fikir mübadiləsi aparmaqdır. İclasda valideyn məsuliyyətinin artırılması, məktəbdə uşaqların təhlükəsizliyinin təminatı, psixoloji xidmətin təşkili,müəllimlərin etik davranış qaydalarına əməl olunması vəziyyəti və s. məsələlər müzakirə olundu. IV, VI,VII və VIII siniflərdə Azərbaycan dili fənnindən aparılmış monitorinqlərin nəticələrinin standartlar üzrə təhlili aparıldı.Məktəbdaxili qiymətləndirmələrin nəticələri , dərsə davamiyyət ,  IX və XI siniflər üzrə buraxılış imtahanlarına hazırlıq və digər mövzularla bağlı məlumat verildi, müvafiq qərarlar qəbul edildi.Qərarlarla bağlı müəllimləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi