Riyaziyyatın əlifbası" adlı beynəlxalq layihə 


Məktəbimizin bir qrup şagirdi ilə "Riyaziyyatın əlifbası" adlı  layihəyə qoşulmuşuq. Şagirdlər layihə çərçivəsində riyaziyyatdan öyrəndikləri anlayışlarının tarixini, kim tərəfindən ilk dəfə irəli sürüldüyünü, riyaziyyatçı alimlər haqqında araşdırma aparırlar. Tədris ili müddətində şagirdlər haqqında araşdırma apardıqları riyaziyyatçı alimlərin şəkillərinin əks olunduğu Yeni il təbrik açıqçalarını bir-birlərinə göndərdilər. Nəticədə məktəbimizə Xorvatiyadan 2, İspaniyadan isə 1 açıqca gəldi. 
Layihə haqqında: Layihənin qurucusu Anita Simak təhsilini İngiltərənin ən qədim universitetlərindən biri və dünyanın aparıcı tədqiqat universitetlərindən biri olan London Universitet Kollecində Riyaziyyat Departamentində başa vurub. O, Xorvatiyada riyaziyyat müəllimi kimi fəaliyyət göstərir, eyni zamanda müəllim mentorudur. Layihənin məqsədi layihə və sorğuya əsaslanan tədris vasitəsilə riyaziyyatı davamlı öyrənmə ilə əlaqələndirmək və tələbələrin elmə, yaradıcılığa və tədqiqata həvəsləndirməklə dayanıqlı inkişafa nail olmaqdır. 
Anita Simak STEM və ətraf mühit həvəskarı kimi o, Microsoft İnnovativ Təhsil Eksperti, National Geographic Sertifikatlı Pedaqoq, Scientix səfiri və eTwinning icmasının mükafatlı üzvü milli və beynəlxalq konfranslarda iştirak edir.Üç ildir ki, etwinning layihələrində birlikdə çalışırıq. Şagirdlərin əməkdaşlığı ilə aparılan işlər şagirdlərdə ünsiyyət, əməkdaşlıq bacarıqlarını inkişaf etdirir, onları yaradıcı düşünməyə sövq edir. Belə peşəkar müəllimlərlə birlikdə çalışmaq, fərqli ölkələrdən olan müəllimlərlə təcrübə mübadiləsində iştirak etmək çox xoşdur. 
2024-cü ildə bu istiqamətdə gördüyümüz işlərin şagirdləri daha dərin araşdırmalar aparmasına cəlb edəcəyimizi düşünürük. Layihə iştirakçısı olan bütün həmkarlara və şagirdlərə uğurlar arzu edirik. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi