“28 May – Müstəqillik Günü”

“28 May – Müstəqillik Günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə məktəbin IVa sinif şagirdləri iştirak etmişdir.Bildirildi ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərancamlarına əsasən bu tarixi gün hər il xalqımız tərəfindən bayram edilir.1918-ci ildə Şərqdə ilk demokratik respublika Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli dövlətçilik tariximizdə öz önəmi və dəyəri, böyük tarixi əhəmiyyəti olan hadisədir. Şagirdlər “28 May – Müstəqillik Günü”nə aid şeirlər söylədilər, vətənpərvərlik mövzusunda mahnılar ifa etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi