“Böyük zəfərin başlanğıcı”.

5 aprel tarixində Aprel döyüşlərinə həsr olunmuş dəyirmi masa təşkil olundu.Görüşdə həmin döyüşlərdə qəhrəmancasına şəhid olmuş Mahir Mirzəyevin atası Sabir Mirzəyev, İkinci Qarabağ müharibəsi şəhidi Ələddin Səidovun atası Azər Səidov, aprel döyüşlərində qazi olmuş Orxan Kərimov, qazi müəllim Bəylər Eminov iştirak etdilər.Şəhid Mahirin atası Sabir Mirzəyev onun həyat yolundan, məktəb və tələbəlik illərindən söhbət açdı.Həmçinin döyüş yoldaşı cəbhədə göstərdiyi şücaətlərindən danışdı.Sonda hər iki Şəhidin həyat yolunu əks etdirən videorolik təqdim olundu.