#Evdə qal#təhsildən qalma#

 

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev hər bir Azərbaycan vətəndaşını düşünərək Koronavirus pandemiyası barədə vaxtında verdiyi düzgün qərarlar nəticəsində ölkəmiz xüsusi karantin rejimindədir.Bununla bağlı Təhsil Nazirliyinin təşəbbüsü ilə məsafədən tədris imkanlarını genişləndirməkdən ötrü bir sıra addımlar atılmışdır.Müəllimlərimizin çoxu onlayn dərslər, canlı bağlantılar vasitəsilə tədrisin davam etdirilməsi üçün əllərindən gələni edirlər.Şagirdlərimizin təhsildən geri qalmaması üçün məktəbin riyaziyyat müəllimi Elbrus Hüseynov TestTime.az saytında video dərslər və izahlı suallar təqdim etmişdir.Onlar üçün onlayn sınaqlar hazırlayaraq,öz biliklərini yoxlamağa kömək etmişdir.Şagirdlər çətinlik çəkdikləri suallara burada asanlıqla cavab tapa bilirlər.Yaradılmış bu platformada hər bir şagirdin rəf bölməsi var və bu bölmədə şagirdlər ev tapşırıqlarını asanlıqla yerləşdirirlər(müəllim silmədikcə orada qalır) və müəllimlər tapşırıqları yoxlayırlar.Bundan əlavə burada şahmat klubu bölməsi də vardır ki, şagirdlərimiz səmərəli vaxt keçirirlər.Beləliklə şagirdlərimiz yaranmış müvəqqəti çətin vəziyyətdə təhsildən yayınmayaraq öz biliklərini artırmış olurlar.

 

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi