26 fevral Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə tədbir keçirildi

 

Bəşəriyyət, tarix, insanlıq... Hər biri cürbəcür vəhşiliklər, dəhşətlər və qırğınlar. Lakin, şübhəsiz ki, heç biri Xocalı kimi faciənin şahidi olmayıb.
      O, gecə heç bir ailə üzvü sağ qalmayan 8 ailə ilə birlikdə vicdanlar da məhv oldu. Gecə öz rəngini sayuqdan göyərmiş cansız bədənlərə, qərənfillər isə toplanıb “göl” yaradan körpə qanına verdi. Özləri də bilmədən yaddaşdan silinməyəcək tarix səlnaməsi yazan şəhidlər qanlarıyla al zolağın bayrağımızdakı rəngini tündləşdirdi.
       Əsaslı sübutlarımız olmasına baxmayaraq dünya cəmiyyətinin, mətbuatının hələ də bu soyqırımı tanımaqdan çəkinməsi vicdanlar hara getdi? Sualını ortaya çıxarır.
       26 fevral Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə 24 fevral tarixində 192№li tam orta məktəbin şagirdlərinin iştirakı ilə tədbir keçirildi. 2D sinif şagirdlərinin şerləri, səhnəcikləri rəğbətlə qarşılandı. 8-ci sinif şagirdlərinin vətənpərvər çıxışları, ifa olunan mahnılar gözləri doldurdu. Məktəb rəhbərliyi, tarix müəllimləri, Xocalı faciəsinin şahidləri tərəfindən xocalı hadisələri haqqında şagirdlərə ətraflı məlumat verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi