Pedaqoji şuranın iclası keçirildi.

Pedaqoji şuranın illik Fəaliyyət Planına uyğun olaraq 2023/2024-cü tədris ili üçün I yarımilin yekunlarına həsr olunmuş növbəti pedaqoji şura iclası keçirildi.

İclasda qarşıda duran məsələlər:

Valideyn məsuliyyətinin artırılması, məktəbdə uşaqların təhlükəsizliyinin təminatı, psixoloji xidmətin təşkili, psixoloqların hesabatlarının dinlənilməsi, müəllimlərin etik davranış qaydalarına riayət olunması vəziyyətinin müzakirə edilməsi;

Təhsilalanlar arasında risk qrupuna daxil olanların müəyyənləşdirilməsi, məktəb psixoloqunun onlarla apardığı işin gücləndirilməsi;

Ümumi təhsil müəssisələrində təhlükəsizliyi təmin etmək üçün nəzarətin, mühafizə işinin, növbətçiliyin gücləndirilməsi;

Şagirdlərin qadağan olunmuş əşyaları məktəbə gətirməmələri ilə bağlı nəzarətin gücləndirilməsi;

Müəllimlər və şagirdlərlə psixoloji maarifləndirmə işinin gücləndirilməsi;

Ümumi təhsil müəssisələrində valideynlərlə işin artırılması;

Sinif rəhbərlərinin vəzifə öhdəlikləri ilə bağlı işinə nəzarətin artırılması;

Ciddi təhlükə doğuracaq hər hansı hal müşahidə olunduğu təqdirdə, təlimata uyğun addımların atılması və dərhal aidiyyəti qurumlara məlumatın verilməsi;

Fövqaladə hallarla bağlı təhlükəsizlik qaydalarına riayət edilməsinə dair tədbirlərin keçirilməsi;

Etik davranış qaydalarına görə müəllimlər arasında rəğbətləndirmə tədbirlərinin tətbiq olunması.

İclasda gündəlikdə duran məsələlər ilə yanaşı məktəbin illik Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin daim diqqətdə saxlanılması, məktəb idarəetməsi, tədrisin təşkilində müasir metodlardan istifadə edilməsi üçün təşkilati işlərin aparılması, dərslik və proqramlar, fənn kurikulumlarının tətbiqi kimi məsələlərə toxunulmuşdur. Həmçinin Pedaqoji Şuranın iclasında məktəb mühiti, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar , məktəbdaxili qiymətləndirmə, valideynlərlə işin qurulması, məktəbdənkənar fəaliyyətin düzgün planlaşdırılması və digər müvafiq mövzularda müzakirələr aparılması nəzərdə tutulmuşdur.

192 nömrəli tam orta məktəbdə "Müasir metodik xidmətin təşkili” layihəsi çərçivəsində metodist fəaliyyətə başlayıb.

Məktəbin direktor əvəzi Rəfiqə Vəliyeva "Müasir metodik xidmətin təşkili”layihəsi çərçivəsində məktəbdə metodik xidmət göstərəcək,məktəbin İbtidai sinif müəllimi metodist Vəliyeva Güneli müəllim heyətinə təqdim edərək təbrik edib və işlərində uğurlar arzulayıb.

#192mekteb #BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Mekteb192 #Məktəb #Müəllim #Şagird #PedaqojiŞura

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi