20 Yanvar Ümumxalq Hüzn Günüdür!

Gənclərimiz Vətənin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş oğul və qızlarımızı heç zaman unutmayacaq, onları daim dərin ehtiramla yad edəcəklər. Bakının sadəcə məkan olaraq deyil, həm də mənən ən yüksək zirvəsində salınmış Şəhidlər xiyabanı əsrlər keçsə də xalqımızın əbədi ziyarətgahı olacaq. Burada alovlanan əbədi məşəl heç vaxt sönməyəcək. Bu məşəl öz odunu, alovunu şəhidlərimizin Vətənə, torpağa sevgisindən, azadlıq eşqindən götürür. İllər ötəcək, nəsillər dəyişəcək, lakin şəhidlərimizin xatirəsi ürəklərdə əbədi yaşayacaq, onlar heç vaxt unudulmayacaq.

Bu məşəli könüllərdə yaşatmaq ən əsas da məktəbin və müəllimlərin üzərinə düşür. Bu məqsədlə həftə ərzində sinif təşkilat saatları " 20 Yanvar Ümumxalq Hüzn Günüdür" mövzusuna həsr olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi