"Təbiəti qoruyanlar" adlı layihə.

Ümumi təhsil müəssisələrində “Təbiəti qoruyanlar” layihəsi davam edir.

Layihənin məqsədi təhsilalanların ekoloji maarifləndirilməsi, bu sahə üzrə biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, istedadlı və yaradıcı şagirdlərin aşkara çıxarılması, müəllim-şagird və məktəblilərarası əməkdaşlığın inkişafı, təbiət fənlərinin digər fənlərə inteqrasiyasının təşkili, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi, müvafiq qlobal problemlərini həllinə dəstək verilməsindən ibarətdir.

Kimya- biologiya aylığı çərçivəsində məktəbimizdə layihəyə uyğun tədbirlər həyata keçirilməkdədir. Belə ki layihədə öz əksini tapmış" Sağlam həyat tərzi və sağlam qidalanma ilə bağlı maarifləndirici söhbətlər" bəndinə uyğun olaraq məktəbin bir qrup şagirdləri tərəfindən şagirdlərlə söhbət aparılmışdır. Söhbətin mövzusu hal hazırda uşaqlar arasında yayılmış qızılca xəstəliyinə həsr olunmuşdur. Məlumat toplamış şagirdlər sinif otaqlarında şagirdlərə qızılca xəstəliyi, onun fəsadları, xəstəlik dövründə müalicə üsulları və peyvənd olmağın faydaları barədə məruzə etdilər. Şagirdlərin sualları cavablandırılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi