IX siniflərlə işin təşkili.

Məktəbin İllik Fəaliyyət Planına uyğun olaraq şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnmə səviyyəsinin öyrənilməsi, həmin fənnin tədrisinin ilkin vəziyyətinin yoxlanılması, təhsilalanların mövcud zəruri bilik və bacarıqlarının hansı səviyyədə olmasını, tədris prosesində qarşılaşdığı problemləri və öyrənmə xüsusiyyətlərini müəyyənləşdirmək, təlimin səmərəli qurulmasında müəllimə düzgün istiqamət vermək məqsədi ilə 21 oktyabr 2023 cü il tarixində 9 cu siniflərdə Azərbaycan dili, Riyaziyyat və ingilis dili fənnləri üzrə ilkin vəziyyəti qiymətləndirmək üçün monitorinq keçirilmişdir.

9 cu sinifdə dərs deyən Azərbaycan dili, riyaziyyat və ingilis dili müəllimlərinə şagirdlərə fərdi yanaşmaqla onlarla əlavə məşğələ saatları təşkil edilmiş və bu istiqamətdə fəaliyyət planı hazırlanıb əməli tədbirlər həyata keçirilmişdir.

Fənn metodbirləşmə rəhbərləri tərəfindən 9 cu siniflərdə təhsilin keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı təkliflər hazırlanıb rəhbərliyə təqdim olunmuş, Təlim tərbiyə işləri üzrə direktor müavini tərəfindən əlavə məşğələ saatları tərtib edilmişdir.

Təlim nəticələri zəif olan şagirdlərlə işin səmərəli qurulması məqsədilə məktəbin direktoru Təhmasib Məmiyev və Təlim tərbiyə işləri üzrə direktor müavini Raziyyə Ağayeva tərəfindən valideyn iclası keçirilmiş, valideynlər məlumatlandırılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi