PEDAQOJİ İCLAS KEÇİRİLDİ.

PEDAQOJİ İCLAS KEÇİRİLDİ.

13.08.2023-cü il tarixdə 192 nömrəli tam orta məktəbin pedaqoji heyəti ilə 2023-2024-cü tədris ilinin ilk pedaqoji iclası keçirildi. Məktəbin direktoru Təhmasib Məmiyev kollektivi salamlayaraq məktəbə yeni təyinat almış müəllimləri təyinat münasibəti ilə təbrik etdi.Sonra məktəbizin keçən tədris ilində göstərdiyi uğurlarından, yüksək nailiyyətlərindən, əldə olunmuş yüksək keyfiyyətdən danışdı. Bu uğurlar üçün müəllim heyyətinə təşəkkürünü bildirdi. Daha sonra iclasın gündəliyində dayanan məsələlər iclas iştirakçılarına elan edildi:

1.Məktəbin iş rejiminin təsdiq edilməsi

2. Vəzifə bölgüsü

3.Yay tədris tapşırığı almış şagirdlərin yekun vəziyyəti

4. Sinif komplektlərinin formalaşdırılması

5. Sinif rəhbərlərinin təyin edilməsi

6. Fənn metodbirləşmə sədrlərinin təyin edilməsi

7.Təmayül siniflərin təsis edilməsi

8.Bilik Gününün keçirilməsi

9.Dərsliklərin təminatı vəziyyəti və paylanılması barədə

10. Yeni tədris ilinə hazırlıq vəziyyəti

İclas direktor və müavinlərin, kitabxana müdiri, məktəb həmkarlar təşkilatının sədrinin çıxışları ilə davam etdi. Sonda şura protokolu tərtib edilib və qəbul edilməli qərarlar heyətə bildirilib. Qərarlar səs çoxluğu ilə qəbul edildikdən sonra pedaqoji heyəti maraqlandıran məsələlərə aydınlıq gətirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi