Sabunçu rayonunda “Heydər Əliyev ili” çərçivəsində tədbir keçirilib

Sabunçu rayonunda “Heydər Əliyev ili” çərçivəsində tədbir keçirilib

“Heydər Əliyev ili” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində 12.10.2023-cü il tarixdə YAP Sabunçu rayon təşkilatı tərəfindən Bakı Gənclər Mərkəzində tədbir keçirilmişdir.

Tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti, Azərbaycanın bir dövlət kimi tanınmasında, inkişafında onun əvəzsiz rolu, bütün dövrlərdə xalqımıza və dövlətçiliyimizə ləyaqətlə, sədaqətlə xidmət etməsi, cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq Ulu öndər Heydər Əliyevin həmişə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparması və bu gün bu uzaqgörən siyasətinin onun layiqli davamçısı, müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ilə bağlı fikirlər səsləndirdilər.

Bütün çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin şərəfli həyat yolundan, xalqımız qarşısında unudulmaz ,möhtəşəm tarixi fəaliyyətindən və siyasi irsindən söz açdılar.

Sonda rayonun bir sıra partiya üzvlərinə Fəxri Fərman verilmişdir. O cümlədən, rayonun bütün ictimai-siyasi həyatında fəal iştirak edən,eləcə də rayonun bir sıra dövlət tədbirlərinin keçirilməsində dəstəkləyici fəaliyyəti ilə seçilən 192 nömrəli məktəbin direktoru Təhmasib Məmiyev də mükafatlandırılanlar sırasında olaraq Fəxri-Fərmanla təltif olunmuşdur. Hər zaman səmərəli fəaliyyəti və işə vicdanlı münasibəti ilə seçilən, ən yüksək mükafatlara layiq olan məktəb direktorumuza uğurlar diləyirik və bundan sonra da daha yüksək nailiyyətlər qazanmasını arzulayırıq.

#YAPSabunçurayon

#HeydərƏliyev100illik

#192nömrəliməktəb

#SabunçurayonİcraHakimiyyəti

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi