15 oktyabr 2023- tarixi bir gün.

15 oktyabr 2023. Bu əlamətdar gün, 30 il çətin mübarizədın sonra, separatçılığın mərkəzi olan Xankəndi şəhərində, onun "Obkom" baş binası önündə Azərbaycanın bayrağı asılır, dalğalanır.

Bu həmin şəhərdir ki, xeyli hissəsi erməni əsilli vətəndaşların yaşadığı keçmiş Dağlıq Qarabağ Muxtar vilayətinin mərkəzi olaraq, 1987-ci ildə ilk separatçılıq dalğası başlanıb. Və buradan 30 il ərzində qondarma "Artsax" rejiminin ölkəmizə qarşı separatçı, işğalçı cinayətləri idarə edilmiş.

Bu həmin bayraqdı ki, onun bu yerdən aşılması Azərbaycan xalqının ən böyük suverenlik, istək və arzusu olub. 44 gün, Vətən Savaşı zəfərinin Xankəndisiz sonucunda minlərcə oxucumuzun sualı, tezliklə bu şəhər də bizdə olar, izahımıza rəgmən, bayrağımız nə vaxt dalğalanar, olurdu.

Haqq-ədalət bu dünyanın tarazlıq qanunudur. Onu pozanlar hətta, 30 il keçsə belə, cəzalanır. Və haqlı Azərbaycan xalqı, dövləti öz ərazisinə. qovuşdu. Xalqımızı, Dövlətimizi, Ordumuzu bu münasibətlə təbrik edirik! Şəhidlərə Allahdan rəhmət diləyir, Qazilərimizə sağlıq arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi