PEDAQOJİ ŞURA.

PEDAQOJİ ŞURA.

Pedaqoji şuranın illik Fəaliyyət Planına uyğun olaraq iyunun 22-də 2022/2023-cü tədris ilinin yekunlarına həsr olunmuş cari dərs ili üçün 192 nömrəli tam orta məktəbdə sonuncu pedaqoji şura iclası keçirildi. İclasda məktəbin direktoru Təhmasib Məmiyev, direktor müavinləri Raziyə Ağayeva, Sahil Abbasov, psixoloqlar və pedaqoji heyət iştirak etdi. İclasda 2022-2023-cü tədris ilinin II yarımili və yekunları, sinifdən-sinfə keçmənin vəziyyəti və biliyi qiymətləndirilməyən şagirdlər haqqında məlumatlar müəllimlərin nəzərinə çatdırıldı. Bundan başqa IX və XI sinif şagirdlərinin buraxılış imtahanlarında göstərdiyi nəticələr, fənlər üzrə məktəbin şagirdlərinin əldə etdikləri uğurlar barədə də pedaqoji heyətə geniş məlumat verildi.

Təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin və psixoloqların ll yarımil və illik hesabatı dinlənildi.

Fəaliyyəti dövründə fərqlənən müəllimlər məktəbin direktoru tərəfindən fəxri fərmanla təltif edildilər.

Sonda məktəbin direktoru Təhmasib müəllim məktəbimizin bu il qazandığı uğurlar münasibəti ilə kollektivi təbrik etdi, müəllimlərə xoş istirahət arzuladı və 2022-2023-cü tədris ilinə yekun vuruldu.

#EduAz #BakışəhərTəhsilİdarəsi

#192NömrəliTamOrtaMəktəb

#PedaqojiŞuraİclası

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi