UŞAQ FESTİVALI.

UŞAQ FESTİVALI.

"1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Sabunçu Rayon İcra Hakimiyyəti, Bakı Abadlıq Xidməti MMC-nin təşkilatçılığı, Balaxanı qəsəbə bələdiyyəsinin dəstəyi və Sabunçu rayonunda fəaliyyət göstərən təhsil müəssisələrinin iştirakı ilə Sabunçu rayonu, Balaxanı qəsəbəsində “Uşaqlar bizim gələcəyimizdir” adlı uşaq yaradıcılıq festivalı keçirilib.

Festivalda müxtəlif yaş qruplarından olan uşaqların hazırladıqları əl işləri, rəsm əsərləri sərgilənib və müxtəlif idman növləri üzrə bacarıqlar nümayiş etdirilib.

Festival rayonda fəaliyyət göstərən təhsil müəssisələrinin şagirdlərinin təqdimatında dünyanın müxtəlif ölkələrinin və ölkəmizdə yaşayan azsaylı xalqların folklorunu əks etdirən mahnı və rəqslərindən ibarət konsert proqramı ilə davam edib.

Festivalda 192 nömrəli tam orta məktəbin şagirdləri də iştirak edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi