14 iyun son zəng.

14 iyun bütün ölkədə "SON ZƏNG" çalındı. Tədbirdə Məktəbimizin məzunu olan 5 Şəhidin valideynləri, məktəbimizin məzunu olan qazilər, ziyalılar qonaq qismində və demək olar ki, bütün qəsəbə tamaşaçı kimi iştirak edirdi.

Tədbir Respublikasımızın himni, Şəhidlərimizin ruhunu bir dəqiqəlik ehtiramla yad etməklə və məktəbimizin direktoru Təhmasib Memiyevin çıxışı ilə başladı və olduqca möhtəşəm davam edərək yekunlaşdı.

DİM imtahanlarında yüksək bal toplayanlar, Respublika Fənn Olimpiadasında fərqlənənlər , eləcə də bir çox məzun və şagirdlər məktəb rəhbərliyi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırıldı.

Axırda da məktəbin simvolik açarını gələn ilin məzunu olacaq Raulcana  təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi