ULU ÖNDƏRİN 100 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ ŞAHMAT YARIŞININ MÜKAFATLANDIRILMASI.

Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi və “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli 3494 nömrəli Sərəncamı”ndan irəli gələn tədbirlərin icra edilməsi məqsədilə məktəbimizdə silsilə tədbirlər həyata keçirilir.

Bu gün məktəbimizdə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş şahmat yarışının qaliblərinin məktəb rəhbərliyi tərəfindən mükafatlandırılması baş tutdu. Mükafata layiq görülmüş şagirdlərimizi təbrik edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi