Valideynlərlə görüş keçirilib

   25 noyabr 2019-cu il tarixində valideynlərlə görüş keçirilib.Görüşdə məktəb rəhbərliyi, IX siniflər üzrə sinif rəhbərləri və  valideynlər iştirak ediblər.Görüşün keçirilməsində məqsəd 18 oktyabr 2019-cu il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə IX siniflərdə buraxılış fənləri üzrə keçirilən diaqnostik qiymətləndirmənin nəticəsi ilə valideynləri tanış etmək olmuşdur.Görüş zamanı məktəbin direktoru Şakir Mikayılov bildirmişdir ki, şagirdlərin ümumi təhsil bazası üzrə buraxılış imtahanlarında  yüksək nailiyyət əldə etmələri üçün valideynlər məktəblə birgə əməkdaşlıq etməlidirlər.O, onu da qeyd etmişdir ki, risk qrupunda olan şagirdlər üçün fənn müəllimləri tərəfindən  əlavə məşğələlər keçirilir, lakin şagirdlərin bəziləri həmin məşğələlərdə iştirak etmirlər və bu da həmin şagirdlərin buraxılış imtahanı zamanı yaxşı nəticə qazanmamalarına səbəb olacaqdır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi