9 Noyabr-Dövlət Bayrağı Günü
Azərbaycan Respublikasının Dövlət atributlarıdan, dövlətçilik rəmzlərindən biri olan onun Milli bayrağı – Dövlət bayrağıdır.Milli bayraq mənəvi siyasi, ideoloji baxımdan bir dövlətin və bir dövləti təşkil edən millətin simvolu olub, onların mövcudluğunu göstərən rəmzdir.Şəhidlərimizin qanı bahasına dalğalanan, müqəddəs andımız, kimliyimiz olan ay ulduzlu bayrağımız bizim qürurumuzdur. Elə bu məqsədlə də 9 Noyabr-Dövlət Bayrağı Günü münasibətilə məktəbdə silsilə tədbirlər həyata keçirilmiş, sinif təşkilatı saatları "9 Noyabr-Dövlət Bayrağı Günü" nə həsr edilmişdir.