"Qala Dövlət -Tarix Etnoqrafiya qoruğu"na ekskursiya

   Məlum olduğu kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə hər il ölkəmizdə 20 oktyabr - 20 noyabr tarixlərində ənənəvi olaraq "Uşaq Hüquqları Aylığı" elan edilir. Aylıq çərçivəsində paytaxt və regionlarda olduğu kimi, məktəbdə də  uşaq hüquqları sahəsində silsilə tədbirlər həyata keçirilir.Uşaq hüquqlarından biri də onların asudə vaxtlarının səmərəli təşkil edilməsidir.Elə bu məqsədlə də 24 oktyabr 2019-cu il tarixində məktəbin tərbiyə işləri üzrə direktor müavini Həcər Ramazanova, 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək rəhbərləri Ayşən Hacıyeva və Leyla Nağıyevanın birgə təşkilatçılığı ilə şagirdlər açıq səma altında arxeoloji etnoqrafik muzey kompleksi olan  "Qala Dövlət -Tarix Etnoqrafiya qoruğu"nda ekskursiyada olublar.Ekskursiya zamanı şagirdlərə qoruq haqqında ətraflı məlumat verilmişdir.

  Şagirdlər ekskursiyadan xoş təəssüratlarla ayrılmışlar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi