"Müstəqilliyimiz əbədidir!", "Qarabağ Azərbaycandır və Nida"

   18 oktyabr 2019-cu il tarixində məktəbdə  Azərbaycan dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü münasibətilə tədbir keçirilib.Dövlət Himninin sədaları ilə açıq elan edilən tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı Vüsal Fərəcov, Qarabağ müharibəsi veteranı Mübariz Xudaverdiyev, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.

     Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı Vüsal Fərəcov Dövlət müstəqilliyimizin bərpası ilə əlaqədar geniş məlumat verdi. Qeyd etdi ki, Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin qayıdışından sonra əldə etdi. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn Heydər Əliyev özü ilə bərabər Azərbaycana siyasi müdriklik gətirdi. Məhz Heydər Əliyevin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı.Bu gün bu müstəqillik hörmətli prezidentimiz cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsinə qorunur, Azərbaycanımız gündən-günə inkişaf edir.

       Sonra tədbir  şagirdlərin ifasında Azərbaycana, doğma Qarabağımıza həsr edilmiş bir-birindən maraqlı çıxışlarla davam etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi