Ümümdünya Psixi Sağlamlıq Gününə həsr olunmuş tədbir keçirildi

    Oktyabrın 11-də Qızıl Aypara Cəmiyyəti Pirallahı rayon bölməsinin təşkilatçılığı ilə "Ümümdünya Psixi Sağlamlıq Günü"nə həsr olunmuş tədbir keçirildi.
    Tədbiri giriş sözü ilə açan Qızıl Aypara Cəmiyyəti Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova tədbirin vacibliyini vurğulayaraq bildirdi ki, hər  il oktyabrın 10-u  bütün  dünyada  "Ümümdünya  Psixi  Sağlamlıq Günü"  kimi  qeyd  edilir. "Ümümdünya  Psixi  Sağlamlıq  Günü"nün vəzifəsi  psixi  sağlamlıq  probleminə  yanaşmada  dünya  əhalisinin məlumatlılıq  səviyyəsini  yüksəltməkdir. Məhz "Ümümdünya  Psixi Sağlamlıq  Günü"ndə  psixi  pozğunluqdan  əziyyət  çəkənlərin  lazımı müalicə  ilə  təmin  olunmasına  və  sağlam  yaşamağa  çağırış  ifadə edilir, həmçinin  psixi  sağlamlığın  möhkəmləndirilməsi  istiqamətində qlobal  səviyyədə  daha  çox  açıq  müzakirələrə  imkan  yaradır.
     Azərbaycan QAC-ın “İcmaya əsaslanan sağlamlıq” proqramının rəhbəri, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunun pediatriya kafedrasının dosenti, tibb elmləri namizədi Mətanət Qaraxanova, məktəbin psixoloqu Şəfa Bilandarli  tədbir iştirakçılarına insanın kritik vəziyyətində keçirilən hallar, stress, depressiya   və digər gərgin vəziyyətlərin xüsusiyyətləri, psixoloji davranışı və ətrafa verilən reaksiyalar barədə məlumatları çatdırdılar. Tədbirdə İlk Psixoloji Yardımda zərərçəkənin ətrafında olan ailə üzvlərinin, qohum və dostların kömək etmək imkanlarının gücləndirilməsinin vacibliyi vurğulandı.
     Daha sonra İcbari tibbi sığorta üzrə maarifləndirmə layihəsinin rəhbəri Pərvanə Vəliyeva icbari tibbi sığorta sisteminin tətbiqi ilə əlaqədar qarşıda duran vəzifələrdən danışaraq mövzuya aid sualları cavablandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi