“Narkomaniya ümumbəşəri bəladır”

       Pirallahı rayonunun ümumtəhsil müəssisələrində narkomaniya ilə mübarizəyə həsr olunmuş silsilə tədbirlər  keçirilir. “Narkomaniya ümumbəşəri bəladır, ona qarşı mübarizə hamımızın vəzifəsidir”, “Uşaqlar arasında baxımsızlığın və hüquqpozmaların profilaktikası, eləcə də erkən nikah hallarının qarşısının alınması” mövzularında növbəti tədbir 24 sentyabr  2019-cu il tarixində məktəbin akt zalında təşkil olundu. Tədbirdə Pirallahı Rayon Polis Şöbəsinin rəisi , polis polkovnik–leytenantı Cümşüd İsmayılov , Pirallahı Rayon Polis Şöbəsinin xitmət üzrə rəis müavini, polis polkovnik–leytenantı  Fəxrəddin Babayev, 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimin müavini Kəmalə Mustafayeva, məktəb rəhbərliyi, müəllimlər və VIII-IX sinif şagirdləri iştirak ediblər.

 

       Pirallahı Rayon Polis Şöbəsinin rəisi Cümşüd İsmayılov öz çıxışında son illər respublikamızda narkotik vasitələrə qarşı mübarizənin xeyli gücləndiyini, bu sahəyə cavabdeh olan dövlət orqanlarının fəallığının xeyli artığını qeyd etdi. Həmçinin, kompleks mübarizə tədbirlərinin tərkib hissəsi olaraq narkomaniya ilə mübarizə istiqamətində Pirallahı rayonunda da çoxsaylı tədbirlərin həyata  keçirildiyini vurğuladı. Bildirdi ki, yaşadığımız dövrdə bütün bəşəriyyəti düşündürən və narahat edən ən ciddi problemlərdən biri olan narkomaniya və onun törətdiyi fəsadlardır. Azərbaycan dövləti narkomaniyaya qarşı  ciddi şəkildə mübarizə aparır, onun yaratdığı problemlərin aradan qaldırılması istiqamətində ölkəmizdə müxtəlif işlər görülür. Narkomaniya ilə mübarizə və bu sosial bəlanın bütün cəmiyyəti əhatə etməməsi üçün beynəlxalq təcrübədə əsas istiqamətlərdən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin daha düşünülmüş, səmərəli şəkildə aparılması  vacib amilərdən biridir.

          Pirallahı Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini, polis polkovnik–leytenantı Fəxrəddin Babayev bildirdi ki, ölkəmizdə bu cür mövzulara qarşı mübarizə davam etdirilir. İnsan alveri, gənclər arasında zorakılıq, erkən nikah müasir dövrün ən aktual problemlərindən biridir.Cinsi istismar, məcburi əmək, borca görə köləlik, uşaq əməyinin istismarı, “ev” köləliyi, dilənçilik, insanların silahlı qruplaşmalarda məcburi işlədilməsi, orqan transplantasiyası məqsədilə insan alveri – bütün bunlar eyni dəhşətli cinayətin fərqli növləridir.
       10 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimin müavini Kəmalə Mustafayeva çıxış edərək narkotik vasitələrin insan orqanizminə vurduğu zərərli təsirlər, onun törətdiyi ağır fəsadlar, narkomanların erkən aşkar olunması və müalicə profilaktikası istiqamətində görülən işlər haqqında tədbir iştirakçılarını məlumatlandırdı.
        Tədbirdə digər çıxış edənlər öz  çıxışları zamanı narkomaniya ilə mübarizədə bütünlükdə dövlətin, cəmiyyətin və nəhayət hər birimizin üzərinə düşən məsuliyyətin vacibliyini xüsusi vurğuladılar.
          
Tədbirin sonunda narkomaniyanın fəsadlarını özündə əks etdirən videoçarx nümayiş etdirildi,   mövzuya dair məktəbliləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi