"Bilik Günü" qeyd edilib

        16 sentyabr 2019-cu il tarixində məktəbdə "Bilik Günü"  münasibətilə tədbir keçirilib.Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı Mübariz Məmmədov, müharibə veteranları, ictimaiyyət nümayəndələri, məktəb kollektivi, şagirdlər və valideynlər iştirak ediblər.Tədbir Azərbaycan Respublikasının Dövlət Himnin səsləndirilməsi ilə başlayıb.Azərbaycanın ərazi bütövlüyü uğrunda ən müqəddəs zirvəyə, şəhidlik zirvəsinə ucalan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Azərbaycan Respublikasının Dövlət Bayrağı tədbirə gətirilərək ilk zəng səsləndirilib.

        Tədbirdə çıxış edən məktəbin direktoru Şakir Mikayılov keçən tədris ilindəki  uğurlardan danışaraq yeni tədris ilində hər kəsə uğurlar arzulayıb.Şakir Mikayılov Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmri ilə 16 sentyabr 2019-cu il tarixində ilk dərs saatlarının ibtidai siniflərdə “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütaliə - mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunacağını tədbir iştirakçılarının diqqətinə çatdırmış, fənn müəllimlərinə öz tövsiyələrini bildirmişdir.

        Tədbirdə çıxış edənlər müəlim və şagirdləri təbrik edərək yeni tədris ilində uğurlar arzulamışlar.

        Sonda I və XI siniflər maraqlı çıxışları ilə tədbir iştirakçılarında xoş təəssüratlar yaratmışlar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi