"Ölkəmizi tanıyaq" tur-aksiyası davam edir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində məktəblilərin Azərbaycanın qədim torpaqlarına, dilbər guşələrinə ekskursiyaları təhsil işçiləri, valideynlər, məktəblilər tərəfindən çox gözəl qarşılanır və bəyənilir. “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Pirallahı məktəbliləri də Azərbaycanın qədim yaşayış məskəni olan Naxçıvan Muxtar Respublikasında oldular. Naxçıvanın görməli, gəzməli yerlərini, Ali və orta məktəblərini ziyarət etdilər, tarixi abidələrlə və tarixi şəxsiyyətlərin ev muzeyləri ilə yaxından tanış oldular. Bütün bunlar məktəblilərdə xoş təəssürat yaratdı, onların Naxçıvan Muxtar Respublikası haqqında məlumatlarını daha da genişləndirdi. Biz inanırıq ki, ulu öndərimiz Heydər Əliyev siyasətinin təntənəsi olaraq doğma Qarabağımız işğaldan azad ediləcək, “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Pirallahı məktəbliləri Qarabağa gedəcək, Azərbaycanın dilbər guşəsi ilə yaxından tanış olacaq və üçrəngli bayrağımızı Cıdır düzündə dalğalandıracaqlar.Məktəblilərə belə bir şərait yaratığı üçün ölkə Prezidentimiz cənab İlham Əliyevə 186 №-li tam orta məktəbin müəllim heyəti, valideynləri və şagirdləri adından minnətdarlığımızı bildiririk.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi