Yazıçı-psixoloq Rövşən Abdullaoğlu ilə görüş

       03 iyun 2019-cu il tarixində "Kiçik Akademiya"nın prezidenti, ingilis dili müəllimi Gülşən Cəbrayılovanın təşkilatçılığı ilə yazıçı-psixoloq Rövşən Abdullaoğlu ilə görüş keçirilib.Görüşdə Bakı Şəhər üzrə Təhsil İdarəsinin əməkdaşı, Pirallahı rayonu, 231 nömrəli tam orta məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Seymur Yusibov, 235 nömrəli tam orta məktəbin direktoru Şahin Allahverdiyev, məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.Hörmətli Rövşən Abdullaoğlunun da qeyd etdiyi kimi, təlim -görüş çox maraqlı keçmişdir.Görüş zamanı gənc yazıçı uşaqlarla fikir mübadiləsi aparmış, onları maraqlandıran sualları cavablandırmışdır.Görüş iştirakçıları görüşdən xoş təəssüratlarla ayrılmışlar.

      Məktəb rəhbərliyi olaraq belə gözəl görüşü təşkil etdiyi üçün Gülşən Cəbrayılovaya və dəvəti qəbul edib gəldiyi üçün Rövşən Abdullaoğluna təşəkkür edir, minnətdarlığımızı bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi