“Valideynin məktəbdə bir günü“

          Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “Valideynin məktəbdə bir günü” adlı layihəsi çərçivəsində layihənin ikinci dəfə həyata keçirilməsi  məqsədilə  30 may 2019-cu il tarixində " Validynin məktəbdə bir günü" layihəsi həyata keçirilmişdir.Layihənin təşkil olunmasında əsas məqsəd valideynləri övladlarının təhsil aldıqları tədris ocaqları ilə yaxından tanış etmək, istər infrastruktur, istərsə də tədris prosesinin təşkili istiqamətində onları məlumatlandırmaq, valideynlərlə məktəb arasında ünsiyyət platformasını daha da genişləndirməkdən ibarətdir.

         Layihənin proqramına uyğun olaraq səhər saatlarından valideynlər məktəbə gəlmiş, onların qeydiyyatı aparılmışdır.Sonra tədbirin rəsmi açılışı  Azərbaycan Respublikasının Dövlət Himnin ifası ilə açıq elan edilmiş, layihə iştirakçıları Qarabağ uğrunda gedən döyüşlərdə ən müqəddəs zirvəyə, şəhidlik zirvəsinə ucalan məktəbin məzun şəhidlərinin xatirəsinə tikilmiş xatirə abidəsinin önündə, bütün şəhidlərimizin əziz xatirələrini bir dəqiqəlik sükutla yad etmiş, abidə önünə tər çiçəklər düzmüşlər.

        Məktəbin direktoru Şakir Mikayılov valideynləri salamlayaraq bugünkü tədbirin önəmindən danışmış, tədbirin proqramını bir daha  tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

      Açılış mərasimindən sonra valideynlər məktəblə əyani tanış olmaq məqsədilə dəhlizdə təşkil olunmuş şagirdlərin rəsm və əl işlərindən ibarət  sərgiyə, məktəb əlaçılarının və məktəbin fəxrlərinin, Milli Qəhrəmanların şəkillərinə  baxış keçirmiş, məktəb kitabxanası , idman zalı, bufet, informatika və sinif otaqları ilə yaxından tanış olmuşlar.

       Məktəblə əyani tanışlıqdan sonra valideynlər dərs məşğələlərində iştirak etmişlər.

       Dərs məşğələlərində iştirak etdikdən sonra valideynlər üçün seminar təşkil edilmiş,  valideynlərin rəy və təklifləri, iradları dinlənilmiş, lazımi cavablar verilmişdir.

      Tədbirin bədii hissəsində  “Kiçik Akademiya” nın prezidenti Gülşən Cəbayılovanın, Azərbaycan və rus bölmələri üzrə ibtidai sinif  müəllimlərinin təşkilatçılığı ilə I-X siniflər üzrə  şagirdlərin ifasında bir-birindən maraqlı çıxışlar nümayiş etdirilmişdir.Tədbir müddətində dəfələrlə rayon, şəhər, respublika üzrə keçirilən müsabiqələrdə uğur qazanmış gənc rəssamlarımız-məktəbin VI sinif şagirdi Aysel Hünbətova, IX sinif şagirdi Selcan Abbasova və X sinif şagirdi Atlas Həsənova uşaqların üzlərinə maraqlı rəsmlər çəkmişlər.

        Tədbirin sonunda çıxış edən məktəbin direktoru Şakir Mikayılov  “Valideynin məktəbdə bir günü” layihəsi çərçivəsində dəvətimizi qəbul edərək gəldikləri üçün valideynlərə, layihənin həyata keçirilməsində zəhmət çəkən hər kəsə dərin minnətdarlıq və təşəkkürünü bildirmiş, valideynlərə həmişə məktəblə sıx əlaqədə olmağı tövsiyə etmişdir.

    Tədbir kollektiv şəkildə “Canım mənim  məmləkətim” mahnısının ifası ilə başa çatmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi