2 a sinfinin Novruz şənliyi

Novruz bayramı özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Bu bayram xalqımızın tarixi kökü ilə bağlı olduğundan adət-ənənələrlə zəngindir. Novruzun süfrəsi də fərqlidir. Belə ki, istər süfrədə, çərşənbələrdə, istərsə də Novruz axşamında milli xörəklərimiz, ən başlıcası isə plov olmalıdır. Şəkərbura, paxlava, şəkər çörəyi və digər şirniyyatlar, kişmiş, püstə, badam, boyanmış yumurtalar süfrələrimizi bəzəyir. Adətə görə süfrəyə "s" hərfi ilə başlayan 7 növ ərzaq qoyulur. Su, süd, səməni, sünbül, sucuq, siyənək balığı, süzmə və sairə də bayram süfrəsinin bəzəyi olur. Çərşənbələrdə olduğu kimi, Novruz axşamında da tonqal qalanır, evlərdə ailə üzvlərinin hər birinin adına şam yandırılır. Bu bayramda kimsəsizlərə, ehtiyacı olanlara, ahıl insanlara başçəkmək, onlara bayram sovqatı vermək savab hesab edilir.Azərbaycanın hər bir yerində olduğu kimi hər il bizim məktəbdə də Novruz bayramı böyük coşqu ilə keçirilir.Bayramqabağı məktəbdə müəllimlər, valideynlər və şagirdlərin əl işlərindən və qədim əşyalardan ibarət sərgi nümayiş olunur.Ayrı-ayrı siniflərdə bayram tədbirləri keçirilir.Növbəti belə tədbir 2 a sinif şagirdlərinin Novruz bayramı münasibətilə hazırladıqları bayram tədbiri oldu.Bayram tədbirində uşaqlar bir-birindən rəngarəng çıxışlarla tədbir iştirakçılarının ovqatlarını yüksəltdilər.Onların çıxışları hamı tərəfindən bəyənildi.Belə gözəl tədbir hazırladıqlarına, şagirdlərdə milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə maraq hissi aşıladıqlarına görə 2 a sinfinin sinif müəllimi Nəzirə Çeşmazərə ,tədbirdə zəhməti keçən bütün valideynlərə və rəqslərin quruluşunda , hazırlanmasında 2 a sinif şagirdlərinə köməklik göstərən məktəbin 11 a sinif şagirdləri Qəndaba, Əsmətə və Bəhrama təşəkkürümüzü bildirir, onların simasında bütün türk dünyasının Novruz bayramını təbrik edirik.Novruz "Yeni gün" deməkdir.İnşallah bu Novruz bütün türk dünyasına yeni gözəl günlər, sülh, əminamanlıq gətirər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi